Mütəxəssislər hesab edirlər ki, müasir smartfonların sınmasının ən geniş yayılmış səbəbi şimal körpüsünün nasazlığıdır.

AzEuroNews.com Lent.az-a istinadən xəbər verir ki, sistem platası çipsetinin elementlərindən biridir ki, bu da prosessorun və ya əməliyyat yaddaşının sınmasına gətirib-çıxarır.

Ən geniş yayılmış smartfon sınmalarının reytinqində ikinci yeri mütəxəssislər ekrandakı çatlara verirlər. Bu da nəinki cihazın yerə bərk düşməsi, hətta sahibinin o smartfonla qeyri-səliqəli rəftarı sayəsində də olur.

Üçüncü yerdən beşinci yerə qədərki nasazlıqlar isə dinamiklərdəki nasazlıq, virus və hər hansı əlavəni işə salan zaman smartfonun qızmasıdır.