Fərhad Çağtürk/  Bu il Avropaya gəlmək istəyən 2776 miqrant Aralıq dənizində boğulub.  AzEuroNews.com xəbər verir ki,  bu barədə Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat yayıb. Məlumatda deyilir ki, 2017-ci ilin yanvarından 15 oktyabra qədər 143 min 355 qaçqın və miqrant Aralıq dənizi vasitəsi ilə Avropaya gəlməyə çalışıb. Onlardan 2776 nəfəri Aralıq dənizində boğularaq can veriblər.

İOM-un məlumatında deyilir ki, Yunanıstan üzərindən Avropaya keçmək istəyənlər əsasən  Suriya, İraq, Əfqansıtan və Pakistan vətəndaşları, İtaliya üzərindən Avropaya keçmək istəyənlər isə, Nigeriya, Fil Dişi Sahili, Somali, Çad, Seneqal kimi Afrika ölkələrinin vətəndaşları olublar.