Müğənni Elvis Presliyə məxsus Amerika istehsalı olan “Smith & Wesson” tapançasının eksklüziv nümunəsi çərşənbə axşamı ABŞ-da 95 min dollara hərraca çıxarılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “Moments In Time” hərrac evinin saytında məlumat yerləşdirilib.

Müğənni 38 kalibrli tapançanı 7 yanvar 1971-ci il tarixində Tenessi ştatının Memfis şəhərindən alıb.

Elvis Presli 1935-ci ildə Missisipi ştatında dünyaya gəlmiş Amerika müğənnisi və aktyorudur.