Suriya ərazisinin 92,6 faizi İŞİD terror qruplaşmasından azad edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nəşri olan “Krasnaya zvezda” məlumat yayıb.

Bundan əlavə ötən həftə Rusiya minatəmizləyicilərinin Deyr əz-Zorda 210 hektardan çox ərazini minalardan təmizləyiblər. Nəticədə 6,8 min partlayıcı maddə zərərsizləşdirilib.