Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın realiti şou”nu tərk edən növbəti iştirakçı məlum olub.

Oxu.Az xəbər verir ki, iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar.

Reper lazımi səs qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bildirib.

Sonda 74,82 faiz səs toplayan E.Xose M.Xanlarovanı şoudan kənarlaşdırıb.