Putinin ölkəsinə olan münasibəti çox xoşuma gəlir.

Kult.az xəbər verir ki, bunu İsveç əsilli amerikalı aktyor Dolf Lundqren söyləyib.

“Putin çox yaxşı prezidentdir. Onun yerində hər hansı zəif insan olsaydı, Rusiyanın taleyi başqa cür olardı. Rusiya beş min nüvə başlığına malikdir. Ona görə də Rusiyaya oranı “səliqəyə salan” şəxs lazımdır. Putin bunun öhdəsindən əla gəlir”, – o bildirib.

Qeyd edək ki, məşhur aktyor “Rokki-4”, “Universal əsgər” kimi filmlərdə əsas rolları canlandırıb.