İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

“Report” Fonda istinadən xəbər verir ki, iş adamlarından ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələr qəbul ediləcək.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsi ilə SKMF-ya müraciət edə bilərlər.