Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada yüzlərlə insan irqçi “Almaniya üçün Alternativ” partiyasının (AfD) parlamentdə təmsil olunmasına qarşı aksiya keçirib. AzEuroNews.com-un məlumatına görə, tarixi “Brandenburq qapıları”nın qarşısına toplaşan yüzlərlə insan irqçi partiyanın siyasətinə etiraz edərək onların parlametdə təmsil olunmalarını istəmədiklərini bildiriblər.

Aksiyada AfD əleyhinə müxtəlif şüarlar səsləndirilib.  Etiraz aksiyasında CDU, CSU, SPD kimi partiyaların fəalları yaxından iştirak ediblər.

İrqçi partiyaya etiraz edənlər arasında hazırda bu ölkədə yaşayan qaçqın və miqrantlar çoxluq təşkil edib.

bundestag-demonstration-afd Capture DMv22vrWsAEc-oW DMvzJ7xX4AAoXoB