Yaponiyanın avtomobil nəhəngi olan “Mitsubishi Motors” Şimali Amerikadan 161 mindən çox maşını geri çağırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata əsasən, buna avtomobillərin mühərriyində yaranan problemlər səbəb olub. Geri çağırış 2015-17-ci il “Outlander” və “Lancer” modellərini əhatə edəcək.

Nasazlıqlar “Mitsubishi Motors” tərəfindən pulsuz olaraq aradan qaldırılacaq.