“Kəpəz” futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin növbəti mərhələsinə başlanılıb.

Bu barədə “Report”a klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, meydanın kənarında drenaj sisteminin qurulmasına və soyunub-geyinmə otaqlarının normal vəziyyətə gətirilməsi istiqamətində işlər görülməkdədir. Vəsaiti AFFA ayırıb.

Qeyd edək ki, bir müddət əvvəl milli assosiasiyanın maliyyə dəstəyi ilə Gəncə şəhər stadionunun ot örtüyü dəyişdirilib. “Kəpəz” yenilənmiş meydandakı ilk görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.