“Passport Index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan pasportu 2017-ci ilin oktyabr ayı üçün olan reytinqdə 63-cü yeri tutub.

Qeyd edək ki, pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.

Siyahıda birinci yeri vətəndaşları 159 ölkəyə vizasız səyahət edə bilən Sinqapur tutub. İkinci yerdə Almaniya qərarlaşıb, (158), üçüncü yeri isə İsveç və Cənubi Koreya (157) bölüşdürüblər.

Qonşu ölkələrdən Ermənistan 67-ci, Gürcüstan 43-cü, Türkiyə 44-cü, Rusiya 41-ci, İran isə 89-cu olub.

Reytinqin sonuncu pillələrində Suriya (29), Pakistan, İraq (26) və Əfqanıstan (22) qərarlaşıb.