Sosial media vasitəsilə məşhurlaşan gənc müğənni Çinarə Məlikzadə yeni videosu ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, ifaçı “O səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçısı Mərdan Kazımovla kameralar qarşısına keçib. Onlar duet şəklində “Yarınım bu günüm” adlı mahnını səsləndiriblər. Sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanan bu video 15 saatda 85 min dəfə izlənilərək rekord qırıb.

Sözügedən videonu və çəkiliş prosesindən fotoları oxucularımıza təqdim edirik: