Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” Gəncə təmilçisinin rəsmi saytına istinadən xəbər verir ki, seneqallı Ba Aladji Mansurla mövsümün sonunadək müqavilə bağlanılıb.

27 yaşlı mərkəz yarımmüdafiəçisi son olaraq Mərakeşin “Kenitra” klubunun formasını geyinib.

Qeyd edək ki, “Kəpəz” 9 turdan sonra 4 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.