Müğənni Sərdar Ortaç aparıcı-prodüser Acun İlıcalı ilə bağlı peşmanlığını dilə gətirib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı Acunun ona illər əvvəl münsif olmağı təklif etdiyi deyib:

“İllər əvvəl mənə demişdi ki, Kənanla səni münsif kimi görmək istəyirəm. Mən də çox yorğun olduğum üçün qəbul etməmişdim. Allah mənim bəlamı versin! Yıldız Tilbedən ötrü ürəyim gedir”.

Qeyd edək ki, Yıldız Tilbe “O ses Türkiyə”nin münsiflərindən biridir.