Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç illər öncə Acun Ilıcalı tərəfindən edilən təklifi qəbul etmədiyi üçün peşman olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Ortaç Acunun ona “O Səs Türkiyə” yarışmasında jüri olmağı təklif etdiyini deyib:

“Acun illər öncə “Sərdar, bir veriliş başlayacaq. Kənan və səni jüri heyətində görmək istəyirik” demişdi. Mən də “Çox yorğunam” deyərək təklifi qəbul etmədim. Allah bəlamı versin”.