Rusiyanın “Birinci” kanalında efirə gedən məşhur “Pole çudes” verilişində “Can Qarabağ” mahnısı səslənib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, mahnını Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR-in nümayəndəsi Qeorqi Qasparyan oxuyub.

Verilişin aparıcısı Leonid Yakuboviç daha sonra separatçıların təmsilçisindən “erməni dilində bəxti gətirən insana nə deyilir?” deyə soruşub. Qasparyan isə “Bəxtəvər” deyə cavab verib.