Bəstəkar Gövhər Həsənzadə bəstələrinin qiymətindən danışıb.

Axşam.az-ın məlumatına görə, Həsənzadə “7 gün” verilişində deyib ki, bahalı bəstəkardı:

“Mənə bahalı bəstəkar deyirlər. Bu sözlərdən xoşum gəlir, yaxşı reklamdır. Bir dəfə dedilər , “Bazarda ən bahalı bəstəkarsınız. Deyirlər 5 minə satırsınız mahnılarınızı”. Qayıtdım ki, mən 10, 15, 20 hətta 50 minə satıram. Amma mahnı alan yoxdur. Aranjimançılar, musiqiçilər bahalığa uyğun qiyməti qaldırır. Ucuz mahnı satmaq olmaz”.