Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyanın müflis olan “Air Berlin” hava yolu şirkəti son uçuşunu gerçəkləşdirib. AzEuroNews.comun məlumatına görə, Münxendən qalxan “Air Berlin”ə aid təyyarə Berlinin “Tegel” hava limanına enib.

Təyyarənin qalxıb və enməsindən əvvəl xüsusi vida mərasimi keçirilib. Vida mərasimdə “Air Berlin”inin bütün işçiləri iştirak ediblər.

80740dc1432054de9460159be129b897

39 il boyunca milyonlarla sərnişin daşıyan “Air Berlin”in 8 min əməkdaşı işsiz qalıb. Onların 70-80 %-nin digər hava yolu şirkətlərində işə düzəlməsi gözlənilir.

Təyyarələri “Lufthansa” aldı…

“Air Berlin”ə aid təyyarələrə müştəri tapılıb. Belə ki, “Lufthansa” hava yolu şirkəti “Air Berlin”ə aid 114 təyyarədən 81-ni alıb.

123_7478_1

Bir digər məlumata görə, “Air Berlin”in 2016-cı ilə qədər olan zərəri 780 milyo dollardır. Şirkət 2008-ci ildən bəri ancaq zərərlə işləyib.