Günəş batareya aparatları astronavtlara aydan oksigen hasil etməyə imkan verəcək.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, aerokosmik mühəndisi Torsden Denk bu qurğuya 10 ilini sərf edib. O bildirib ki, yerdən zəruri materialların aya daşınması çox baha başa gəldiyindən hələlik məhdud işləyirik.

“Hər əlavə olunan kiloqram yük üçün yüz litrə yaxın yanacaq lazımdır”, – Denk bildirib.

Onun yaratdığı reaktor aydan suyu çixardaraq nəm oksigen və hidrogenə bölür. Denkin aparatı əlavə olaraq 6-8 nəfərlik ekipajın həyatını dəstəkləyə bilir. Bir dəfə aya çatdıqdan sonra su və oksigen şüşələrinin daşınmasına əlavə yanacaq sərf edilməyəcək.

Qurğu 6 aylıq sınağı böyük uğurla başa vurub.

Qurğunun işləmə qaydası: Qurğu aya çataraq torpaqı  hasara alır və ən xırda hissəcikləri suya ayrılır, bundan sonra  isə onu əzir.

Yaradıcıların sözlərinə görə, qurğu saatda azı 700 litr su emal etmək gücünə malikdir.

İşə başladıqdan dörd saat sonra işə reaktor 2,5 kq oksigen istehsal edir və ümumi prosesə 10 kvt elektrik enerjisi sərf edilir. Növbəti eksperimentlər üçün əlavə maliyyələşdirmə tələb olunur.

Yeri gəlmişkən qurğunun çəkisi 400 kq-dır. Amma onun yaradıcıları əmindirlər ki, modernləşmə və tamamlamaların köməyi ilə çəkisini azaltmaqda olar.