Astronomlar bizim Günəş sistemimizə daxil olan, çox sürətlə hərəkət edən, balaca obyekti izləməyə çalışırlar.

Bu barədə CNN yazır.

Naməlum obyektin kometa, asteroid yaxud kosmik gəmi olduğunu NASA – Kosmik agentlik hələlik müəyyən edə bilməyib. Fərziyyə var ki, o bizim günəş sistemimizdən deyil.

Əgər sözügedən versiya təsdiqlənərsə, bu, astronomlar tərəfindən müşahidə edilən ilk ulduzlararası obyekt olacaq.

“Biz onilliklər boyunca bu günü gözləyirdik, – NASA-ın yerətrafı obyektlərin tədqiqatları Mərkəzinin meneceri Pol Xodas danışır – Uzun vaxt güman edilirdi ki, belə obyektlər mövcuddur – asteroidlər və ya kometalar ulduzların arasında hərəkət edir və vaxtaşırı bizim Günəş sistemimizə daxil olur, amma onu görmək hələ nəsib olmayıb, bu, ilk ola bilər”.

Hazırda obyektə “A / 2017 U1” adı verilib. Onun diametri 400 metrdir. O, 25.5 km/san. sürəti ilə hərəkət edir. Obyekt oktyabrın 19-da “PANSTARRS 1” teleskopunun köməyi ilə aşkar edilib.