“Azərenerji” ASC-yə məxsus 110  kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləri ilə əlaqədar olaraq  sabah saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu haqda Modern.az-a “Azərişıq”dan məlumat verilib.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir