Mövcudluğu imkansız sayılan “NGTS-1b” adlı nəhəng planet kəşf edilib.

“Ölkə.Az” xəbər verir ki, Böyük Britaniynın Uorvik universitetinin bir qrup alimi bu planeti kəşf edib.

Məlumata əsasən, planet Yerdən 600 işıq ili uzaqlıqda, Göyərçin bürcündə yerləşir. Onun səthində isə 530 dərəcə tempratur var. Səma cismi ilə günəşi arasındakı məsafə Yerlə Günəş arasındakı məsafənin 3 faizini təşkil edir. Bu səbəbdən Bu planetdə bir il 2.6 günə bərabərdir.

Alimlər hesablayıblar ki, nəhəng planet ətrafında dövr etdiyi Günəşdən cəmi iki dəfə kiçikdir. Bu planet ölçülərinə görə Yupiterə oxşasa da, 20 faiz daha yüngüldür. Alimlərin fikrinə görə, bu parametrlərlə kainatda bu günə qədər məlum olan ən böyük planetdir.

Planetin kəşfi alimlər üçün sürpriz olub. Doktor Daniel Bayliss deyib: “Biz belə kiçik ulduzun ətrafında belə nəhəng planet kəşf edəcəyimizi düşünmürdük. Bu, planetlərin formalaşması haqqında biliklərimizi şübhə altına alır”.