Bob Dilanın Nobel nitqi kitab halında nəşr olunacaq. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə qalın qabıqlı kitab 32 səhifədən ibarətdir.

Kitablardan yüz ədədi müəllifin avtoqrafı ilə çıxacaq. İmzasız kitablar 17 dollar, imzalılar 2500 dollar olacaq.

Bob Dilanın Nobel nitqi bu yay İsveç Kral Akademiyasının saytında audio formatında çap olunub. Dilan nitqində mahnılarının ədəbiyyat olub-olmadığı dəyərləndirir. Bundan başqa, yaradıcılığına təsir edən müəlliflərin və kitabların adını çəkir.

Bob Dilan 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibidir. Mükafatın təqdimetmə mərasimində iştirak etməyən müğənni onu yalnız aprel ayında götürmüşdü.

Nobeli əldə etmə prosesinin şərtlərindən biri də odur ki, qalib mükafatın təqdimetmə mərasimindən sonra altı ay ərzində Nobel nitqi ilə çıxışı etməlidir.