Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyadan sığınacaq tələb edən və bu tələbi rədd edilən 30 min miqrant izsiz-tozsuz yoxa çıxıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Bild” qəzeti məlumat yayıb.

cb4c5f8a-35a6-4006-89c8-599ddcb9658d

Məlumatda deyilir ki,  sığınacaq tələbi rədd edilən 30 min miqrantın ölkədən deport edilməsi ilə bağlı qərar çıxarılıb.

Qərarın icrası zamanı məlum olub ki, onların adları sistemdə olsa da, ölkədə deyillər. Almaniya Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarənin (BAMF) əməkdaşları polislə birgə keçirdiyi yoxlanış zamanı ölkədən qaçan şəxslərin siyahısı tərtib olunub.

Alman polisi 2

Məlum olub ki, 30 min miqrant Almaniyadan gizli şəkildə digər Avropa ölkələrinə qaçmağa nail olublar. Bu hadisə isə, ölkədə sakandala çevrilib.

BAMF-dan bildirilib ki, onlar haqqında məlumat sistemdə olduğundan bu barədə bütün Şengen ölkələrinə məlumat göndərilib.

► ► ► Azərbaycanlılar da var…

Son günlər sığınacaq tələb edən azərbaycanlılara “yox” cavabı verildiyi və onların deportasiya edilməsi ilə bağlı qərarın çıxarıldığını eşidir və ya şahidi oluruq. Keçən həftə bizim kampda sığınacaq tələbi rədd edilən iki azərbaycanlı ailə Fransaya qaçamağa məcbur oldu. Belə faktlar demək olar ki, hər gün baş verir”. Bunu isə, saytımıza hazırda Dortmunt şəhərindəki qaçqın kampında qalan və adının açıqlanmasını istəməyən bir həmvətənimiz deyib.

Onun sözlərinə görə, son günlər Almaniya sığınacaq tələbi rədd edilən miqrantların ölkədən çıxarılaması üçün görülən işləri daha da sürətləndirib.