“Diriliş Ərtoğrul” serialının ulduzuna çevrilən Engin Altan Düzyatanın qonorarının miqdarı məlum olub.

“Ölkə.Az” xəbər verir ki, aktyor hər seriya üçün 150 min TL (70 min manata yaxın) qonorar alır.

Əvvəldən ya futbolçu, ya da pop müğənni olmaq dəbdə idi. Amma son dövrlər aktyorların qazandığı məbləğ yuxarıdakı deyimin köhnəldiyinə dəlalət edir.

Aktyor mövsüm sonu serialdan ayrılacaq. Bu səbəbdən prodüserlər və kanalların ən çox izinə düşdüyü aktyorlardan birinə çevrilib.

Aktyorun aprel ayından kanallarla görüşdüyü bildirilir. Məlumata əsasən Engin yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən dörd il ərzində Düzyatanın imza dəyəri 4 milyon TL (2 milyon manata yaxın) olaraq təyin edilib. İştirak edəcəyi layihədə isə hər seriyaya görə 250 min TL (120 min manata yaxın) qonorar alacaq.