Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq tədbirin gündəliyi müəyyənləşib…

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya

3. Digər məsələlər

İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.