Böyük miqyaslı hücum nəticəsində Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor şəhərini tamamilə azad edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.

Məlumata görə, Hamidiyə rayonunun azad edilməsindən sonra ordunun xüsusi təyinatlı dəstələri – “Pələnglər” və dördüncü mexanikləşdirilmiş diviziya Şeyx Yasin rayonu istiqamətində hücumu davam etdiriblər. Hücumun başlamasından bir qədər sonra Suriya ordusu İŞİD-in müdafiə xəttini yararaq bölgəni ələ keçirə bilib.

Qeyd edək ki, Deyr əz-Zor 2014-cü ildən bəri terrorçuların nəzarətində olub.