Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada sığınacaq tələb edən 872 min şəxs mühacir statusu alıb. AzEuroNews.com xəbə verir ki, bu barədə Almaniyada Federal Statistika İdarəsi məlumat yayıb. Məlumatda deyilir ki,  Almaniyadan sığınacaq tələb edən 573 min şəxsə hələ ki, bir cavab verilməyib. Sığınacaq tələb edənlərdən 872 min şəxsə pozitiv cavab verilib və onlar mühacir statusu alıblar.

ausvays qeydiyyat

Sığınacaq axtaranlardan 158 min şəxsə neqativ cavabı verilib və onların ölkədən çıxarılması haqqında qərar qəbul edilib.

Digər yandan Almaniya Daxili İşlər Nazirliyi “Bild” qəzetinin 30 min miqrantın ölkədən yoxa çıxması ilə bağlı yazdığı xəbəri yalanlayıb. Nazirlikdən verilən açıqlamaya görə, yoxa çıxan miqrantlarla bağlı yayılan rəqəmdə yanlışlığa yol verilib.