İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub. AzEuroNews.com APA-ya istinadən xəbər verir ki, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Hələlik öldürülmüş terrorçuların sayı dəqiq bilinmir.

Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub.