“İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var”. Modern.az xəbər verir ki, bu məlumatı politoloq Elxan Şahinoğlu açıqlayıb.

E.Şahinoğlunun qənaətinə görə, həmin şərtlər aşağıdakılardır: “Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlunun sözlərinə görə, digər məlumatlarla bağlı “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır.