Madridin “Real” klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib.

APA-nın xəbərinə görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat verib.

İFFHS-in versiyasında yalnız beynəlxalq matçlarda vurulan qollar hesablanır. 2016-cı ildə K.Ronaldo “Real” və  milli komandada 24 qol vurub (Portuqaliya yığmasının heyətində 13, “Real”da – 11). 32 yaşlı futbolçu artıq 3-cü dəfədir ki adıçəkilən mükafata layıq görülür. Bundan əvvəl Ronaldo 2013 və 2014-cü illərdə ilin ən yaxşı bombardiri olub.