Türkiyənin məşhur müğənnisi Sıla qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Dünən Türkiyədə baş tutan və bir çox sənətçinin qatıldığı “Yenikapı” mitinqini müğənni şou adlandırıb.

Nişantaşında görüntülənən müğənni mitinqdə iştirak etməməsinə belə aydınlıq gətirib:

“Hərbi çevrilişə qətiyyən qarşıyam, amma belə bir şounun, göstərişin içində olacağımı düşünmürəm”.

Sılanın cavabı isə sosial şəbəkələrdə xalqın etirazına səbəb olub. Ölkə prezidenti başda olmaqla 5 milyon insanın qatıldığı mitinqi şou adlandırması izləyiciləri əsəbiləşdirib.