Ferhad Çağtürk/ AzEuroNews.com ► ► ► İsveçdə 50 yaşlı bir qadın “Facebook”da müsəlmanları təhqir etdiyinə görə,  həbs edilib. AzEuroNews.comun məlumatına görə, hadisə ölkənin Linqköpiq şəhərində baş verib. Belə ki, 50 yaşındakı isveçli “Facebook”da “Müsəlmanlar iyrəncdirlər” statusunu yazdığına görə, şəhər məhkəməsinin qərarı ilə 60 gün həbs cəzasına məhkum edilib.

► Məhkəmə qadının yaşını və xəstə olduğunu nəzərə alıb cəzanı pula çevirib. Nəticədə  iki sözlük status içveçli qadına 350 Avroya başa gəlib.