“Real”ın hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, o, bu dəfə qola yox, məhsuldar ötürməyə görə fərqlənib.

Belə ki, portuqaliyalı superulduz La Liqanın XI turunda “Las Palmas”la (3:0) qarşılaşmada bir qol ötürməsi ilə yadda qalıb. “Real”ın heyətində La Liqada 84-cü qol ötürməsini verən Ronaldo bu baxımdan son 25 ilin ən yaxşısı olub. Buna qədər son 25 ildə “kral klubu”nda ən çox məhsuldar ötürmə verən əfsanəvi kapitanı Raul Qonzales (83) olub.