Tədqiqatçıların bir çoxunun fikrinə əsasən, dinozavrların ölümünə səbəb Yukatan yarımadasına düşən asteroiddir.

“Ölkə.Az” xəbər verir ki, hadisə 66 milyon il əvvəl baş verib və asteroidin diametri onlarla km olub.

Mütəxəssislər bu hadisənin izlərini araşdırıblar və böyük kəşfə imza atıblar. Böyük Britaniyanın Uorik Universitetinin alimləri Çinin Sun Yatsen universitetinin alimləri ilə tədqiqat apararaq müəyyən ediblər ki, səma cismi ilə birlikdə planetimizə düşən birləşmələr xərçəng hüceyrələrini öldürür.

Söhbət iridiumdan gedir. Bu çox bərk metal nadir hallarda rast gəlinir. Bu maddə hətta qızıl və platindən də az tapılır.

Yeni araşdırma zamanı alimlər iridium və orqanik metalın birləşməsini əldə ediblər. Bu isə xüsusi şəraitdə xərçəng hüceyrələrini öldürür. İşığın təsiri ilə iridium birləşməsi başqa maddəyə çevrilir. Əsas və alınma maddənin eneji fərqi oksigenin fərqi ilə bilinir. Keçid lazer şüası ilə təşviq edilir. Xərçəng hüceyrəsi üçün isə bu sinqlet oksigeni öldürücü təsir bağışlayır.

Alimlər hələ ki, laboratoriya şəraitində araşdırma aparıblar. Əvvəlcə dəriyə iridium birləşməsi yeridilir. Sonra isə lazer şüası işə düşür.

Müəlliflər bildirirlər ki, qırmızı lazerin istifadəsi zamanı şüalar dərinin altına keçir və effektiv üsul sayılır. Bundan başqa lazer çox dəqiq işləyir.