Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Son 9 ayda Almaniyadakı qaçqın yataqxanalarına 211 dəfə hücum olub. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada gündəlik nəşr olunan “Zeit” qəzeti məlumat yayıb.

qacqin yataqxana► Qəzetin məlumatında deyilir ki,  əsasən sağçı radikal qruplar tərəfindən həyata keçirilən hücum zamanı qaçqın yataqxanalarına böyük zərər dəyib. Hücumların əksəriyyətinin məqsədi maddi ziyan vermək, orada məskunlaşan qaçqın və miqrantları qorxudmaq, yataqxana divarlarına yazılan yazılarla onları psixoloji gərginlik altından saxlamaq olub.

hucum qacqin yataqxana

► Məlumatda qeyd olunur ki, hücumlarla bağlı statistika 2014-cü illə müqayisədə daha çoxdur. Belə ki, Suriyadan böyük qaçqın axının yaşandığı 2014-cü ildə 199 belə fakt qeydə alınıb. 2016-cı ildə isə, qaçqın yataqxanaları 866 dəfə hücuma məruz qalıb.