5-ci gün idi, dostum Fəxri yazdı ki, sabah gedək Əmbil gölünə. Nə isə razılaşdıq. Amma dedi ki, alternativ kimi Qalaaltına da gedə bilərik. Yaxşı hazırlaşdıq, şənbə günü səhər 8-də Fəxrini götürdüm, yola düzləndik. Hələ hara gedəcəyimizə tam qərar verməmişdik, amma Quba yolu ilə gedirdik. Niyyətimiz Əmbil gölü idi əslində ta ki, Fəxri yoldan Çıraqqalanı göstərənə kimi. Siyəzənə dönən körpünün altında dayandıq və qərara gəldik ki, Çıraqqalaya gedək. Məncə ən doğru seçimi etdik.

23167670_1429547293759554_7690131868558958132_n 23168011_1429547290426221_1496862470999159130_n 23244484_1429547267092890_8818506373194703066_n 23316750_1429547283759555_7753066793907731734_n
Çıraqqala haqqında burdan oxuya bilərsiniz. Ora getmək üçün maşınla Qalaaltı istirahət mərkəzinin qarşısındakı dayanacağa kimi getdik. Çantalarımızı və lazımı vəsaitlərimizi götürüb kəndin içi ilə meşəyə girdik. Kəndin içindən başlayan palçıqlı yol düz qalaya kimi davam elədi. Amma səfərin ən maraqlı tərəfi bu deyildi ???? Deməli onsuz da dik olan meşəni qalxdıq-qalxdıq axırı getdik qayaya dirəndik. Qayanın dibi ilə çox narahat keçid var idi. İnandırım sizi, geriyə yıxılmamaq üçün topa otlardan tutaraq keçdim o qayanı ???? Meşə çox gözəl idi. Payızın gəlişi ağacların yarpaqlarını çox gözəl edib. Meşədə dərin bir sakitlik var idi. Təxmini 2 saat sonra qalaya çatdıq.

Qaladan açılan mənzərə çox gözəldir. Aşağıda külək olmasa da, yuxarı çox küləklidir, tez-tez duman gəlib gedirdi və bu havanı daha da soyudurdu. Hardasa 4 saat qalanın yanında olduq. O qədər gözəl idi ki, adam heç ayrılmaq istəmirdi. Bu ayrılmaq istəməmək sevdası bizi gecikdirdi. Hava qaralırdı və gəldiyimiz yoldan da sağ salamat düşmək alınmayacaqdı. Dedik, maşın yolu ilə düşək. Nə isə bir az getdik. Fəxri google mapsı açdı. Orda gördü ki, qaya bitən yerin yanından düşə bilərik, qısa yoldur. Qayanı isə google mapda çəkilən şəklinin kölgəsindən sezmək olurdu. Beləliklə aşağıdakı şəkildə sizə getdiyimiz (yaşıl) və qayıtdığımız (qırmızı) yolu göstərirəm. Aşağıdakı isə maşın yoludur.

888a4100 888a4101 888a4104 888a4117 888a4127 888a4176 888a4191 imag5365

Qayıdanda o qədər tələsdik ki, 40 dəqiqəyə düşdük, kəndə çataçatda meşədən çaqqalların ulamaq səsi gəlirdi.

Ciraqqala.png

Fotolar üçün Fəxriyə təşəkkür!

Sonda ənənəvi olaraq sizə Bakıdan Qalaaltına kimi olan benzin sərfiyyatını yazıram. 1.6 motorlu avtomobil üçün:

Gediş-gəliş məsafəsi: 250 km * Benzin sərfiyyatı cəmi: 15 AZN * 6.4L = 100 km

Səfərin geniş videosu:https://www.facebook.com/azikiss.me/videos/1605425392837899/

Azər İsmayıl Blogger
Azər İsmayıl
Blogger