Çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı qolu açıqlanıb. Apasport.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə azarkeşlər “Roma”nın futbolçusu Stefan Əl-Şaravinin “Çelsi”yə vurduğu birinci qolu qalib ediblər.

Belə ki, bu qol 31 faiz səs toplayaraq, ikinci olan – Neymarın “Anderlext”in qapısından keçirdiyi qolu qabaqlayıb.

Qeyd edək ki, “Atletiko”nun yarımmüdafiəçisi Tomas Parteyin “Qarabağ”la matçda imza atdığı qol isə üçüncü olub.

[youtube https://www.youtube.com/watch?v=TVZZQN4GTVg]