Çin dünyada bir ilkə imza atmaq niyyətindədir.

“Ölkə.Az” xəbər verir ki, Çin dövləi kosmik günəş elektrik stansiyası inşa etməyə hazırlaşır. Bu barədə məlumatı “Sinxua” agentliyi yayıb. Agentlik Çinin kosmik elm və texnika korporasiyasının əməkdaşı Li Minlə müsahibəyə görə bu xəbəri paylaşıb.

Məlumata əsasən, Çin 10 ildən çoxdur ki,kosmosda günəş elektrik stansiyasının inşası ilə bağlı tədqiqat aparır.

Qurumun digər əməkdaşı Van Li bildirib ki, bu sahədə lider olmaq üçün Çinin bütün şərtləri və imkanları var.

Kosmosda günəş elektrik stansiyası inşa etmək çox ciddi texniki məsələdir. Çünki bu stansiya həm çəkisinə, həm də ölçüsünə görə istənilən kosmik qurğudan böyük olmalıdır. Stansiya “Manhetten layihəsi” adlandırılacaq.