Meteoroloqlar noyabrın 7-dən 11-nə qədər Yer kürəsində maqnit qasırğasının olacağını proqnozlaşdırıblar.

Axar.az xəbər verir ki, alimlər həmçinin noyabrın 15-də də bu cür vəziyyətin yaşanacağını bildiriblər.

Məlumata görə, 7-8 noyabr tarixlərində zəif maqnit qasırğaları gözlənilir. Növbəti 2 gün ərzində isə geomaqnit pozuntular artacaq və orta dərəcəli qasırğalar müşahidə olunacaq. Noyabrın 11-də maqnit qasırğalarının dərəcəsi yenidən azalacaq.

Alimlərin fikrincə, maqnit qasırğaları əhvalda kəskin dəyişməyə, ümumi sağlamlığın və xroniki xəstəliklərin pisləşməsinə səbəb ola bilər. Xüsusilə ürək-damar sistemi xəstəliyi olan insanlara bu cür qasırğalar daha çox təsir edir.

İnsan bədəninin maqnit qasırğalarına mümkün reaksiyaları: baş ağrısı, yuxu pozulması, güc itkisi, təzyiq qalxması.