Günəş küləklərini və Günəşin maqnit sahəsini müşahidə edən mütəxəssislər güman edirlər ki, Yer kürəsini bu həftənin ortasından etibarən maqnit qasırğasının pik həddi gözləyir.

Publika.az bildirir ki, bu haqda məlumat “Fobos” hava mərkəzinin saytında dərc edilib.

“Noyabrın 7-dən 11-dək 30-35 faizlik ehtimalla Yer kürəsində güclü maqnit tufanları gözlənilir. Bəzi yerlərdə hətta maqnit fırtınası da istisna edilmir”, – mərkəzin xəbərində deyilir.

Meteoroloqlar həmçinin xəbərdarlıq edirlər ki, geomaqnit sahəsinin piki 11 noyabra qədər qüvvədə qalacaq.

Bu halda energetika sistemlərinin nasazlığı, radio əlaqədə çətinliklər və meteohəssas insanların əhvalının kəskin pisləşəcəyi gözlənilir.