Müğənni Əhməd Mustafayev “Bir nəfər” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Vüsal İbrahimova, aranjimanı Ruslan Səfəroğluya aiddir.

Mahnının musiqisini isə əhməd özü yazıb. Sənətçi mahnı ilə yanaşı yeni fotosessiya da etdirib. Fotoların müəllifi Niko Abbasovdur.