Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►Almaniyaya mühacirət edənlərin sayı durmadan artır. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Federal Qaçqın və Miqrantlarla iş üzrə İdarəsinin (BAMF) oktayabr ayın üçün yaydığı hesabatda deyilir.

Hesabatda vuğrulanır ki,  oktyabr ayında Almaniyadan sığınacaq tələb edənlərin sırasında birinci yeri yenə suriyalılar tutub. Belə ki, Suriya vətəndaşlarından 3473-ü Almaniyaya gələrək sığınacaq tələb ediblər. Onları 2148 nəfərlə iraqlılar izləyir. Statistikada üçüncü yerdə 1160 nəfərlər Əfqanıstan vətəndaşları, 1073 nəfərlə isə Türkiyə vətəndaşları gəlir.

BAMF okt

BAMF-ın məlumatında qeyd olunur ki, bu ilin əvvəlindən oktyabr ayına kimi ümumilikdə 156 min nəfər Almaniyadan sığınacaq istəyib.

Məlumat üçün qeyd edək ki, Almaniyanın Xristina Birlik Partiyaları (CDU/CSU) ildə 200 min qaçqının qəbul edilib yerləşdirilməsi ilə bağlı proqram hazırlayırlar.

Hazırda ölkədən koalisiya hökumətinin qurulmasına hazırlıq gedərkən ən çox müzakirə olunan mövzu miqrant böhranı ilə bağlıdır.