Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Federal Statistika İdarəsi qaçqınlara 2016-cı ildə ayrılan yardım haqqında statistik rəqəmləri açıqlayıb. “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, qaçqın statusu alanların ehtiyaclarının ödənilməsi üçün 2016-cı ildə 9,234 milyard avro xərclənib. Bu yardım Almaniyada qaçqın statusu almış şəxslərə “Sosial yardım haqqında Almaniya Federativ Respublikasının 1997-ci il tarixli Qanun”una (Asylbewerberleistungesetz, 1997; sonuncu dəyişiklik  23.12.2016-cı ildə edilib) uyğun olaraq həyata keçirilib.

20161020_145700

► Bu ödənişin hesabına 974 551 nəfər qaçqından 443 000 nəfərinin əksər ehtiyacları, xüsusilə mənzilə olan ehtiyacları təmin edilib. Qəbul mərkəzlərində və sığınacaqlarda məskunlaşan qaçqınların 40 faizdən çoxunun mənzilə olan ehtiyacı qarşılanıb.

► 2016-cı ildə qaçqın statusu alanların ehtiyaclarının ödənilməsi üçün ayrılan məbləğ (9, 234 milyard evro) 2015-ci illə müqayisədə olduqca çoxdur. Belə ki, 2015-ci ildə bu rəqəm 5,2 milyard olub. Statistika əməkdaşlarının fikrincə, xərclərin artmasının səbəbi təkcə qaçqınların sayı ilə bağlı deyil, həm də mənzillərin kirayə haqqlarının artması və bəzi hallarda sosial idarələr tərəfindən kirayələnmiş mənzillərə edilən ödənişlərlə də bağlıdır.

20161020_155312

► Məlumatda o da bildirilir ki, 9,234 milyard avronun üçdə bir hissəsi nağd ödəniş kimi qaçqın statusu alan şəxslərə verilir, 15 faizi qaçqınlara göstərilən tibbi xidmət, ərzaq təminatı və digər ehtiyaclar üşün xərclənir.