Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada son iki ildə sığınacaq axtaran şəxslərin artması məhkəmələrin də işini çətinləşdirib.  “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, statistikaya əsasən, 2016-cı ilin sonlarında 1,6 milyon şəxs Almaniyada sığınacaq üçün müraciət edib. 872 nəfər sığınacaq axtaran şəxsin artıq qorunma hüququ tanınıb. 158 min nəfər neqativ cavab alıb və ölkələrinə qayıtmaq məcburiyyətindədirlər. Qayıtmaq məcburiyyəti olan şəxslərin 75 %-ə müvəqqəti olaraq “dözümlü” yanaşılıb. 573 min iş haqqında isə, ümumiyyətlə, qərar verilməyib.

20265008_1298843726895185_3613745220800181741_n

► „Neue Osnabrücker” qəzetinin məlumatına əsasən, 2015-ci ildə sığınacaq axtaranlarla bağlı 69 min məhkəmə işi vardısa, bir il ərzində bu işlərin sayı artaraq 320 minə çatıb. Bu, işlərin təxminən beş dəfə artdığını göstərir. 2017-ci il ərzində isə məhkəməyə 200 min şikayətin daxil olduğu təxmin edilir.

► Almaniya Hakimlər Federasiyasının işçisi Erix Müller-Fritsenin sözlərinə görə, məhkəmələr o qədər yüklənib ki, hazırkı işçi sayı ilə işlərin öhdəsindən vaxtında gəlmək mümkün deyil.

fluechtlingsheim-fluechtlinge-lager-bamberg-aufnahmeeinrichtung

► Qeyd edək ki, məhkəmə işlərində artım 2015-ci ilin sonlarında Suriyadan Almaniyaya gəlmiş şəxslərə bir illik qorunma hüququ (subsidiär Schutz) verilməsi ilə bağlı qəbul edilmiş qərardan sonra müşahidə olunub. Bu halda sığınacaq almış şəxslər “Ailə birləşməsi” proqramından yararlana bilmirlər. Onlar məhkəməyə müraciət edərək qaçqınlıq statusunun dəyişdirilməsini tələb edirlər.