Rusiyalı model İrina Şeyklə britaniyalı aktyor sevgilisi Bredli Kuper ikinci övladının olmasına hazırlaşır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük gələn il qızları Leiyə bacı və ya qardaş hədiyyə etməyi düşünür. Bu barədə İrinaya yaxın mənbə məlumat verib:

“İrina ilə Bredli ikinci uşaqlarının olmasını çox istəyirlər. Gələn il İrina yenidən ana olmağı planlaşdırır”.

Qeyd edək ki, cütlüyün qızı Lei apreldə dünyaya gəlib.