Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada son 10 ayda 112 995  min nəfər qaçqın statusu alıb. AzEuroNews.com-un məlumatına görə,  bu barədə Almaniya Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarənin (BAMF) yaydığı məlumatda qey olunur.

► BAMF-dan verilən açıqlamada vurğulanır ki,  bu ilin yanvarından oktyabr ayına kimi 187 226 sığınacaq axtaran şəxs ərizə ilə onlara  müraciət edib. Bu rəqəm ötən illə müqayisədə 73 % azdır. Çünki 2016-c ildə Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı 694 min nəfər olub.

qacqin qadin

► BAMF-ın məlumatında deyilir ki, bu ilin son 10 ayına kimi 546540 ərizəyə baxılıb. Onlardan 112995 nəfəri qaçqın statusu alıb. 90231 nəfər mülki müdafiə hüququ ilə təmin edilib. Deportasiya ediləcək 35824 nəfər barəsində qərar dəyişdirilib. 210937 nəfərin sığınacaq istəyi rədd edilib və onlar haqqında deportasiya qərarı çıxarılıb.

alman polis qacqin