Spirtli içkilərin insan orqanizminə ziyan vurduğu hamıya məlumdur.

“Ölkə.Az” xəbər verir ki, “Stem Cell Reports” jurnalı yeni bir tədqiqatın nəticələrini yayımlayıb. Məqaləyə əsasən, spirtli içki sinir hüceyrələrini öldürməklə yanaşı, yeni hüceyrələrin yaranmasının da qarşısını alır.

Jurnalın xəbərinə əsasən, ABŞ-ın Texas universitetindəki bir qrup mütəxəssis yeni üsul ilə beyinin kök hüceyrələrini işarələyib və spirtli içkinin uzun müddət ərzində bu hüceyrələrə necə təsir etdiyini analiz edib.

Mütəxəssislər spirtli içki qəbulunun beyinin fərqli hissələrinə fərqli şəkildə təsir etdiyini aşkar ediblər. Alimlər müəyyən ediblər ki, spirtli içki yeni sinir hüceyrələrini istehsal edən subventirkulyar hissəyə daha çox ziyan vurur.