Rusiyanın Birinci kanalında yayımlanan “Kişi/Qadın” şousuna dəvət olunan azərbaycanlı ekstrasens Zirəddin Rzayev fırıldaqçıların insanları necə aldatdıqları, özlərini ekstrasens kimi təqdim etdikləri barədə müzakirədə iştirak edib.

Axar.az xəbər verir ki, şounun aparıcısı Aleksandr Qordon qovulan həmyerlimiz bununla bağlı “Yutub”da video yerləşdirib.

“8 noyabrda mən “Kişi/Qadın” proqramına dəvət olunmuşdum və orda xoşagəlməz hadisə baş verdi. Təsəvvür etməzdim ki, ictimai bir adam özünü bu cür apara bilər. Əlbəttə ki, mən Konstantin Ernsti, “Birinci” kanalı çox sevirəm. Konstantin Ernst yüksək təhsilli alimdir, intelligentdir. Ancaq Qordon barədə mən şokdaydım. Onlar məni dəvət etdilər və təəccüblüsü odur ki, heç nəyin üstündə məni oradan qovdular. Qordon mənimlə diskussiya apara bilmədi, o mənimlə danışa bilmədi, onun sadəcə buna intellekti yetmədi. O məni psixopat olmaqda ittiham etdi. O zaman cavab verdim ki, psixopat o şəxsdir ki, hər kəsin önündə uşaq meydançasında it görsəm, ona atəş açacam deyir. Mən ona cavab verdim ki, psixopat bu cür şeylər barədə danışan sizsiniz”, – Rzayev bildirib.

Azərbaycanlı ekstrasens Qordonu bu addımına görə sərt ittiham edib:

“Qordon məni studiyadan qovdu. Əgər insanlar zəif tərəflərini göstərirsə, bu o deməkdir ki, onlar zəifdirlər. O məni studiyadan qovanda özünün vacib adam olduğunu göstərib, məni alçaltmaq istədi. Əslində isə o özünü alçaltdı. Sizə belə bir ifadəni xatırlatmaq istərdim: “Hörmət edib, etməmək – sənin şəxsi işindir, adamlara hörmətlə yanaşma – bu isə artıq tərbiyədir”. Bu dövlət televiziyasıdır, şəxsi televiziya deyil. Hələ də başa düşmürəm ki, məni niyə çağırmışdılar və niyə oradan qovdular. Siz buna öyrəşmisiniz. Düşünürəm ki, aparıcı sakit, sərbəst olmalı, tərəf tutmamalıdır. Budur mən Vladimir Putini çox sevirəm. Onun çoxlu itləri var və onların hamısına adekvat yanaşır. Siz məni mühakimə edirsiniz, sanki məhkəmədəyik. Amma, sübutsuz, dəlilsiz. Mənim bir neçə ali təhsilim var, mən klinikada işləyirəm. Tənqid etdilər ki, bu özəl klinikadır, amma dövlət lisenziyası var. Siz klinikada müalicə edənlərin savadsız olduğunu düşünürsünüz? Siz özəl klinikaya niyə belə neqativ yanaşırsınız? Mən reaksiya vermək istəmirdim, amma dostlar dedilər ki, danışmaq lazımdır. Hiss edirəm ki, studiyadan necə qovulmağımı efirə verməzlər. Amma, çox istəyirəm ki, göstərsinlər. Qordon bu hərəkətilə özünü alçaltdı”.