Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►Bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıb. AzEuroNews.comun məlumatına görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər məhkum olunmuş şəxslər Tərlan Abbasov və Samir Quliyev tutularaq istintaqa təqdim olunublar. Onlar ifadələri zamanı törətdikləri soyğunçuluq cinayətini etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət edə bilərlər.